Güclü millət,güclü məclis,güclü Azərbaycan- Tərlan Əziz oğlu Hacızadə

169

Hacı-zadə Tərlan Əziz oğlu, 7 aprel 1971-ci ildə Sumqayıt şəhərində anadan olub. 1986 ci ildə Sumqayıt şəhər 3 saylı səkkizillik məktəbi və 1988-ci ildə isə 25 saylı məktəbin riyaziyyat-fizika təmayüllü sinfini müvəffəqiyyətlə bitirib. 1988 ci ildə riyaziyyat fənni üzrə Azərbaycan Neft-Kimya İnstitutu və Azərbaycan İnşaat Mühəndisləri İnstitunda keçirilən olimpiadaların qalibidir. 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və Mülki Tikinti” üzrə fakültəsinin əyani şöbəsinin I kursuna qəbul olub və 1993-cü ildə oranı bitirib. 01 dekabr 1992-ci ildə institutun əyani şöbəsinin V kursundan Azərbaycanın ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq, Milli Ordu sıralarına yazılmış, Bakı Ali Birləşmiş Komandalar Məktəbində təşkil olunan “Zabitlər Kursu” nu müvəffəqiyyətlə bitirib və zabit rütbəsi alıb. 1993-cü ildə Ağdərə rayonu Madagiz yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşdə mina partlayışı zamanı ağır yaralanıb.

1994 cü ildən aldığı travmadan II dərəcəli müharibə əlilidir. 15 yanvar 1994-cü ildə Milli Ordu sıralarından tərxis olunub. İyun 1994 – Avqust 1995 ci ilə qədər AZƏRKİMYATİKİNTİ TRESTİ ndə sahə ustası, Avqust 1995-ci ildən – Aprel 1997-ci ilə qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiısi Nazirliyi Əlillərin Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri vəzifəsində işləyib. Mart 1998 ci il – Aprel 1999 cu ilə qədər “Ehtiyatda Olan Zabitlər Konfederasiyasının” Sumqayıt şəhər şöbəsinin, May 1999-cu ildən – Mart 2001- ci ilə qədər “Qarabağ Əlilləri və Veteranları” Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsində işləyib. Mart 2001-ci ildən “ Azərbaycan Qarabag Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Sumqayıt şəhər filialının sədridir.

Oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində, şəxsi təşəbbüsü ilə bütün heyəti müharibə əlillərindən ibarət komanda formalaşdırmışdır. 2012 ci ildən – 2019 cu ilədək ictimai əsaslarla Azərbaycan Respublikası Paralimpiya Komitəsi Oturaq Voleybol üzrə Milli Komandanın baş məşqçisi vəzifəsində çalışıb. 2011 ci il Hollandiya, 2013 cü il Polşa və 2015 ci il Almaniyada keçirilən Oturaq Voleybol üzrə komandaların Avropa Yarışlarında iştirak edib. Sonuncu dəfə Oturaq Voleybol üzrə Azərbaycan Milli Komandası 2017 ci ilin may ayında Bosniyada keçirilən 12 dünya komandası arasında beynəlxalq yarışda III yerin qalibi olub.

04-10 iyun 2012 ci ildə İran İslam Respublikasının Tehran şəhərində Oturaq Voleybol üzrə keçirilən Beynəlxalq “Məşqçilər Kürsu”nu müvəffəqiyyətlə bitirərək, Asiya və Avropanın Oturaq Voleybol üzrə müvafiq sertifikatları ilə təsdiq edilmiş Oturaq Voleybol üzrə I dərəcəli məşqçi statusuna yiyələnib. Sonra, II təhsil olaraq, 2012 ci ildə Azərbaycan Respublikası Bədən Tərbiyəsi Akademiyasının qiyabi şöbəsinə qəbul olub və 2016 cı ildə oranı müvəffəqiyyətlə bitirib.
24 dekabr 2004 cü ildə Sumqayıt şəhərinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “TƏRƏQQİ” medalı, 02 fevral 2016cı ildə Paralimpiyanın inkişafında xüsusi xidmətlərinə görə “PREZİDENTİN FƏXRİ DİPLOMU” və iyun 2018ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “MİLLİ ORDU 100 cü ildönümü“ yubiley medalı ilə təltif olunub.
Ailəlidir. 3 övladı var.