Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib

33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə SosialMedia.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.