Gənclər Fondunun dəstəyi ilə Sumqayıt şəhərində “Gənclər və Liderlik” təlimi keçirildi

365

25 Yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Regionda Gənclərin Aktivliyinə Dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində “Gənclər və Liderlik” mövzusunda təlim keçirilmişdir.

SosialMedia.az xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd regionlarda yaşayan gənclərdə liderlik keyfiyyətlərinin yetişdirilməsi, onların ictimai aktivliyinin artırılmasıdır. Təlimdə ekspert qismində QHT rəhbəri Zenfira Mustafayeva iştirak etmiş, gənclərin intellektual və yaradıcı potensiallarının üzə çıxarılması, fəallıqlarının artırılması mövzusunda çıxış etmişdir. Tədbirin davamında təlimçi qismində çıxış edən Günel Ələkbərova gənclərin hazırda mövcud olan əsas problemlərinə toxunmuş, liderlik yolunda yaranan çətinliklərdən, gendər bərabərliyi,təhsil problemlərindən və əsas hüquqlardan danışmışdır. Tədbir zamanı aktiv qrup müzakirələri də aparılmışdır.

Təlimin yekununda təşkil olunmuş qiymətləndirməyə əsasən müəyyən edilmişdir ki, iştrakçıların hamsı təlimin təşkilini, təlimçi və ekspertin bu sahədə bilik və bacarıqlarını yüksək qiymətləndirmişdirlər.