Nəsimi Qarabağlının Bakı şəhərində müvəqqəti məskunlaşmış Füzuli seçiciləri ilə növbəti görüşləri keçirildi

590

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd, DAVİB-prezidenti Nəsimi Qarabağlının Bakı şəhərində müvəqqəti məskunlaşmış Füzuli seçiciləri ilə növbəti görüşləri keçirilmişdir.

SosialMedia.az xəbər verir ki, seçki qərargahının rəhbəri Dəyanət Həsənov bu barədə məlumat verərək bildirmişdir ki, bu səfərdə seçicilərlə N.Qarabağlının görüşü olduqca maraqlı keçdi. Ümumiyyətlə demək olar ki, hər görüşdə olduğu kimi, Füzuli seçiciləri ilk olaraq torpaqların azad olunmasına hər an hazır olduqlarını, ölkədə aparılan islahatlara və yerlərdə olan kadr dəyişikliklərini dəstəklədiklərini, keçiriləcək parlamentdəndə müsbət mənada yeni simaların olacağına və hər an yanlarında ola biləcək deputatlarını seçəcəklərini bildirdilər. Onuda bildirim ki, seçicilərin seçkilərə daha maraqlı olduqları və seçkilərin daha şəfaf keçirələcəyinə inamları böyükdür.
Görüşlər davam edir.