Azərbaycanda problemli kreditlərin həcmi azalıb

90

Bu il yanvarın ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 273,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 137,3 mln. manat və ya 9,7% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) SosialMedia.az-a verilən məlumata görə, illik müqayisədə isə problemli kreditlərin həcmi 311,9 mln. manat və ya 19,7% azalıb.

Hesabata əsasən 1 yanvar 2020-ci il tarixinə problemli kreditlərin cəmi iqtisadiyyata kredit qoyuluşunda xüsusi çəkisi 8,3% təşkil edib.