Samirə Mustafayeva Göyçay rayonunda seçiciləri ilə görüşlərini davam etdirir

509

Göyçay kənd 88 saylı seçki dairəsindəndən növbədənkənar Parlament seçkilərinə qeydiyata alınmış namizəd Samirə Vəli qızı Mustafayeva Göyçay rayonunda seçiciləri ilə görüşlərini davam etdirir.

SosialMedia.az xəbər verir ki, Samirə xanım Göyçay rayonunun Bəydövül,Bığır, Yekəxana,Şəkər,Qarayazı, QaraMəryəm, MallıŞıxılı,Çərəkə kənd sakinləri ilə görüşüb.O, sakinlərin problemlərini dinləyib,lazımı tədbirlərin görülməsi üçün müraciətlər ünvanlayıb. Samirə xanım bu gün ölkə başçısının sosial islahatlarla bağlı verdiyi göstərişlərdən danışaraq,bildirdi ki, sosial məsələlər ölkə başçısının nəzarətindədir və onların həll üçün dövlət proqramları hazırlanır.
Bizdə bir vətəndaş olaraq bu işdə hər zaman Prezidentimizin yanında olacayıq və onun ətrafında sıx birləşməliyik deyə vurğulayıb. Sonra bir sıra məsələlər müzakirə olundu. Qeyd edək ki, Samirə xanım fevral ayının 8 kimi Göycay rayonunda seciciləri ilə görüşlərini davam etdirəcək.