Azərbaycan Rəssamlar İttifaqında gənclər gününə həsr olunmuş tədbir təşkil olundu

566

SosialMedia.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqında gənclər gününə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə bir çox tanınmış rəssamlar, Gənclər və İdman nazirliyi nümayəndələri, KİV nümayəndələrinin iştirakı ilə gənc rəssamların rəsmilərindən ibarət sərgi tədbir keçirilib.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai birliyin sədri Cəmilə Çingizqızı bu tədbirin onların təşkilatı üçün əhəmiyyətindən danışdı; ” Bu gün təşkikatınlzın üzvü, Rəssamlıq Akademiyasının məzunu, gənc rəssam Bircəxanım Məmmədova, Azərbaycanda ilk eşitmə məhdudiyyəti olan gənc rəssam kimi Rəssamlar İttifaqına üzv seçilib. Eşitmə Məhdudiyyətli gənclərə diqqət və qayğının göstərilməsi ilə biz digər eşitmə məhdudiyyəti olan gənclərə yaradıcılıq işləri ilə məşqul olmağa bir stimul vermiş oluruq.

Azərbaycanımızın Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqəti hər zaman göz özündədir. Gənclər günündə Rəssamlar Ittifaqının sədri Fərhad Xəlilovun eşitmə məhdudiyyəti olan gənc rəssamımıza olan diqqəti bizi çox sevindirdi. Buna görə təşkilatımız adından gənclərimizə göstərdiyi diqqətə üçün Xalq rəssam, Rəssamlar İttifaqının sədri cənab Fərhad Xəlilova təşəkkür bildiririk.

Hər zaman #sessizliyinsəsiolaq şüarımıza bu gün daha bir şüar əlavə olundu #eşitməsadəcəduy. Eşitmədən duymaq çox gözəldir. Eşitməyən insanların rəngarəng dünyaları çox gözəl və duyğulu olur. İnanıram ki, İttifaqa yeni seçilən üzvümüz Birxəxanım Bağırovaya bu yeni bir həvəs gətirəcək.” deyə bildirib.