Bəzi “məmurlar” anlamalıdırlar ki, xalqın gözü tərəzidir – Deputatlığa namizəd

803
Çox heyf ki, hələ də bəzi yerlərdə yerli icra orqanlarında öz yerində olmayan və hər an ölkə başçısının apardığı islahatlara qara kölgə salmağa çalışan bəzi “məmurlar” var!!! …və o bəzi “məmurlar” anlamalıdırlar ki, XALQIN GÖZÜ TƏRƏZİDİR!!!
Bu sözləri SosialMedia.az-a açıqlamasında 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd Nəsimi Qarabağlı bildirib.
Nəsimi Qarabağlı qeyd edib ki, “Xalq sizin yalanlarınızdan, xalqı aldatmağınızdan , xalqın səsini seçkilərdə saxtalaşdırmaqdan o qədər bezib ki, ölkə başçısına dəstək olmaq məqsədilə siz “məmurlara” yerinizi göstərməyə, cənab prezidentin apardığı islahatlara kömək olmaq üçün öz səslərinə sahib çıxacaqlar!!! O bəzi “məmurlar” anlamalıdırlar ki, onların o köhnə üsullara əl atmaları XALQIN İnamını sarsılda və qıra bilər…
Ar olsun o kəslərə ki, öz çirkin və şərəfsiz əməlləri ilə ölkə başçısının apardığı dövlət siyasətinə qarşı çıxaraq XALQ VƏ DÖVLƏT arasında inamsızlığa vəsilə olurlar.
BİZ hər zaman Dövlət və dövlətçiliyimizin qorunmasında, onun əbədi və bərqarar olunması yolunda ölkə başçısının yanında olan, hər zaman onu hər  bir siyasi kursunu alqışlayan və dətəkləyərək yanında olan- Dövlətimizin əsgəriyik –deyə Nəsimi Qarabağlı bildirib.