Deputatlığa namizəd statusumdan istifadə edib,günahkarların cəzalanmasını xahiş edirəm-Mətənat Əsgərqızı-VİDEO

702

SosialMedia.az xəbər verir ki, 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd , jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı sosial şəbəkədə video müraciət edib. Müraciət Parlament seçkiləri ilə bağlıdır.

Deputatlığa namizəd Mətanət Əsgərqızı vətəndaşlara müraciətində Parlament seçkisində maraqlı qüvvələrin təxribatlarına qarşı diqqətli olmağa çağırıb.Belə qüvvələrin olduğunu və onların məhz cənab İlham Əliyevin köklü islahatlarından əndişə keçirdiyini qeyd edib.Daha sonra o, Azərbaycan Respublikasının Baş Prokuroruna və Daxili İşlər Nazirinə belə müraciət ünvanlayıb: ” Deputatlığa namizəd statusumdan istifadə edib , Salyan rayonunda baş verən insindent, namizədin təhdid, təhqir olunması və vətəndaşların əmlakı, maşınların əzilməsi faktının araşdırılmasını, günahkarların cəzalanmasını xahiş edirəm.”

Metanet Askerqizi paylaştı: 6 Şubat 2020 Perşembe