Həbsxanaya telefon və danışaq kartları keçirilməsinin qarşısı alınıb – FOTO

23

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən SosialMedia.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5; 228.1 və 234.1-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Məmmədov İsgəndər Aftandil oğluna dostu, Gəncə şəhər sakini Məmmədov Ruslan Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan almaların içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.