Türkiyədə zəlzələ olub

18

Türkiyədə bu gün yerli vaxtla saat 08:39-da zəlzələ olub.

SosialMedia.az-ın yerli bürosunun Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) və Kandilli Rəsədxanasının birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, yeraltı təkan Manisa şəhərində qeydə alınıb. Zəlzələ Rixter şkalası üzrə 4 bal gücündə yerin 9 kilometr dərinliyində olub.

Qeyd edək ki, bu gün saat 08:17-də Mərmərə dənizində də 2,2 bal gücündə təkanlar olub.