Gənclər Fondunun dəstəyi ilə Sumqayıtda “Liderlik nədir?” adlı təlim keçirildi

282

15 Fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Regionda Gənclərin Aktivliyinə Dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində “Liderlik nədir?” mövzusunda 2-ci təlim baş tutmuşdur.

SosialMedia.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd Sumqayıt gənclərinin lider kimi inkişaf etməsinə, onların bacarıqlarının üzə çıxarılmasına gələcəkdə aktiv şəxs olaraq yetişməsinə dəstək olmaqdır. Təlimdə iştirakçı qismində kitabxana oxucuları olan gənclər iştirak etmişdir.

Təlimdə çıxış edən təlimçi Günel Ələkbərova gənc iştrakçılara liderlik mövzusunda geniş məlumat verərək sual-cavab formasında sessiya təşkil etmiş, ictimai aktivlik barədə gərəkli informasiyalar vermişdir. Təlim zamanı gənclər arasında aktiv qrup müzakirələri də aparılmışdır. Təlim sonunda ekspert qismində QHT rəhbəri Zenfira Mustafayevada iştirak edərək, mövzü barədə maraqlı məqamlara toxunmuş, təhsildə ictimai həyatda aktivlik haqqında çıxış etmişdir.