Ərdoğan Gəzi Parkı hadisələrinə görə təqsirləndirilənlərə bəraət verilməsinə münasibət bildirib

27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gəzi Parkı hadisələrinə görə təqsirləndirilən 9 nəfərə bəraət verilməsinə münasibət bildirib.

SosialMedia.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib ki, Gəzi Parkı hadisələri dövlətə və millətə qarşı sivil etiraz halını alıb.

“Cəmiyyəti bölməyi qarşıya məqsəd qoyan Gəzi Parkı hadisələrini xalqla çiyin-çiyinə verərək bitirdik. Gəzi Parkı hadisələri hərbi çevrilişlər, terror təşkilatlarının hücumları, FETÖ terror təşkilatının dövlət çevrilişinə cəhd etməsi ilə eynilik təşkil edir. Gəzi Parkı hadisələri dövlətə, millətə qarşı olan alçaq bir hücumdur. Gəzi Parkı hadisələri Türkiyəyə 1,4 milyard ABŞ dolları məbləğində ziyan vurub. Bu ölkədə milyonlarla ağac əkən bir hökumətə ağac kəsən yarlığı yapışdıranları isə lənətləyirəm”, – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ötən gün İstanbul Ağır Cinayətlər Məhkəməsində Gəzi Parkı hadisələrinə görə təqsirləndirilən şəxslərin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə iş üzrə ittiham edilən 9 nəfərə – Ayşe Mücella Yapıcı, Şerafettin Can Atalay, Tayfun Kahraman, Ali Hakan Altınay, Mehmet Osman Kavala, Yiğit Aksakoğlu, Yiğit Ali Ekmekçi, Çiğdem Mater Utku ve Mine Özerdenə bəraət verib.

Xatırladaq ki, 2013-cü ilin may ayında İstanbulun Gəzi Parkında inşaat işlərinin dayandırılması üçün başlayan etiraz aksiyaları ölkənin digər regionlarına yayılaraq uzun müddət davam edib. Etiraz aksiyaları zamanı aksiyaçılarla polis arasında qarşıdurma yaranıb.