“Araz” marketlərdə Şokolad festivalı keçiriləcək

31

“Araz” supermarketlər şəbəkəsində 21, 22, 23 fevral tarixlərində Şokolad festivalı keçiriləcək.

“Araz”dan SosialMedia.az-a verilən məlumata görə, festival çərçivəsində bir çox çəki və ədədli şokolad çeşidlərinə 20%-dək endirim olacaq.

22 fevral tarixində isə Sabunçu və Günəşli qəsəbələri, o cümlədən Sumqayıt şəhərində yerləşən “Araz superstor” filiallarında festivalla əlaqədar olaraq xüsusi əyləncəli şou proqram təşkil olunacaq.  Həmçinin müştəriləri şokoladların daddırması, şokolad məhsullarının hazırlanması ilə bağlı master-klass, maraqlı oyunlar və hədiyyələr gözləyir. Festivalla yanaşı “Araz” supermarketlər şəbəkəsində xüsusi həftəsonu endirimləri olacaq. Kampaniya çərçivəsində ət və ət məhsulları, meyvə-tərəvəz, kərə yağının seçilmiş çeşidləri xüsusi qiymətlərlə təklif olunacaq.

“Araz” marketlərdə satılan mikro-fiber və təmizlik bezlərinin bütün çeşidlərinə isə 20% endirim olacaq.