İranda da koronavirus aşkarlandı

124

İran rəsmiləri ölkədə iki nəfərdə koronavirus aşkarlandığını ilk dəfə təsdiq edib.

SosialMedia.az-ın İSNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur çərşənbə günü bildirib.

O qeyd edib ki, son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunanlar var.