Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapılıb

204

Sumqayıtda zibil qabından meyit tapılıb.

SosialMedia.az-ın yerli bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.