Ermənistan İranla viza rejimini bərpa edir

163

“Müvəqqəti olaraq İranla viza rejiminin bərpası prosesinə başlayacağıq”.

SosialMedia.azın “armenpress”ə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, viza rejimi 5 gün ərzində qüvvəyə minəcək.

Xatırladaq ki, fevralın 23-də Ermənistan koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə İranla sərhədi iki həftəlik bağlayıb.