Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib

208

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib.

SosialMedia.azın xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Bakı-Sumqayıt marşrutu ilə hərəkətdə olan sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “VAZ-2107” “Subaru” markalı minik avtomobilinə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.