Azərbaycanda FACİƏ: 23 yaşlı qız əməliyyatdan sonra öldü

140

Qaxda 23 yaşlı qız əməliyyatdan sonra ölüb.

SosialMedia.az-ın  məlumatına görə, hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 23 yaşlı Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı qəflətən halı pisləşib və o, ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.