İTV-nin yıxılan əməkdaşının vəziyyəti barədə – RƏSMİ AÇIQLAMA

169

İctimai Televiziya və Radio Yayımları Şirkətinin dünən binadan yıxılan əməkdaşının vəziyyəti ağır olaraq qalır.

Bu barədə SosialMedia.az-a  TƏBİB-dən məlumat verilib.

Xəstədə kəllə-beyin travması, sol budun, ümumiyyətlə aşağı ətrafların əzilməsi diaqnozu var.

Qeyd edək ki, martın 12-də təxminən saat 12:40-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yıxılıb.