“Dərs vaxtı” proqramının sabah üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb

278

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 17 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən SosialMedia.aza verilən məlumata görə, sabah 10:00-dan başlayaraq Azərbaycan bölməsi üzrə I sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; II sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; III sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; IV sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; VI sinif – Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Biologiya; X siniflər üçün isə Kimya, İngilis dili, Coğrafiya, Biologiya dərsləri olacaq.

Saat 14:00-dan başlayaraq Rus bölməsi üzrə II sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; VI sinif – Rus dili, Fizika, Biologiya; VII sinif – Riyaziyyat, Biologiya, Coğrafiya; IX siniflər üçün isə Rus dili, Riyaziyyat, Kimya dərsləri olacaq.