Ünvanlı sosial yardımın məbləği artırılacaq

349

“Həm ünvanlı sosial yardımın verilməsi proseduru, həm də ünvanlı sosial yardımın həcminin genişləndirilməsi məsələsinə baxılacaq”.

SosialMedia.azın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, dövlət başçısı parlamentdə çıxışında bu məsələni qeyd edib və qanunverici orqanda da müvafiq qaydada bu məsələyə baxılacaq.