Azay Quliyev: Bu ümummili işə töhvə vermək məqsədilə fonda vəsait köçürəcəm

282

SosialMedia.az xəbər verir ki, Milli Məclisin üzvü, QHT Şurasının sədri Azay Quliyev Koronavirus epidemiyanın qarşısının alınması istiamətindən görülən işlərə töhvə vermək məqsədilə əmək haqqımdan fonda vəsait köçürəcəyini bildirib:

“Prezident tərəfindən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması epidemiyanın qarşısının alınması və bu mübarizənin önündə gedənlərə hərtərəfli dəstəyin verilməsi üçün mühüm addımdır. Mən də bu ümummili işə töhvə vermək məqsədilə əmək haqqımdan fonda vəsait köçürəcəm.”

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.