Sabah Bakıda hava dumanlı olacaq, dağlıq rayonlara qar yağacaq

213

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SosialMedia.aza verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda  gecə 5-7° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 763 mm civə sütunundan  767 mm civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz  50-55 % olacaq. 

Martın 21-22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı  ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi  arabir güclənəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacaq.