Azay Quliyev vətəndaşları “özünütəcrid” qaydalarına əməl etməyə çağırdı

169

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev vətəndaşları “özünütəcrid” qaydalarına əməl etməyə çağırıb.

SosialMedia.az xəbər verir ki, Azay Quliyev bu barədə tvitter hesabında paylaşım edib.

”Rəsmi qurumların dəfələrlə müraciət və xəbərdarlıq etmələrinə baxmayaraq bəzi vətəndaşların kütləvi ziyarətlər və tədbirlər keçirməsi koronavirusla mübarizədə ciddi problem yaradır. Bu cür şəxsləri cəmiyyəti təhlükəyə atmamağa və “özünütəcrid” qaydalarına əməl etməyə çağırıram”.