Sahibkarların fəaliyyətinə dair qayda və qanunlar qəbul edilərkən müəyyən prinsiplər nəzərə alınacaq

272

Azərbaycanda sahibkarların fəaliyyətini ağırlaşdıran qaydalar və qanunların 1 il sonra qüvvəyə minməsi təklif edilir.

SosialMedia.azın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri müəyyən edən dəyişikliklər qəbul edilərkən, onların 1 il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.