Dünya yenidən dizayn edilir-Murad Ağamiyev

750

2020-ci ilin əvvəlindən etibarən dünya gözəgörünməz bir düşmənlə amansız mübarizəyə qədəm qoydu. Uzaq şərqdən başlayan epidemiya okeanın o biri tayına keçdikdən sonra artıq pandemiyaya çevrildi. İndi bütün dünya artıq panika, stress içərisindədir. Belə hesab edirəm ki, mövzu ilə əlaqədar bəşəriyyətin araşdırmalı olduğu kifayət qədər məsələlər var. Biz bilinən görünməzləri dilə gətirməklə və araşdırma aparmaqla bir çox bizdən gizlədilən informasiyaları rahatlıqla əldə edə bilərik. Unutmayın, hər zaman gizlin qalması labüd olan informasiya ən üzdə olan informasiyadır. Çünki biz insan övladı hər zaman daha mürəkkəb axtarışlara meyilli oluruq, elə məhz bu xüsusiyyət bizim aldadılmağımız üçün əvəzsiz fürsətlər yaradır.

Gəlin birlikdə bir az yaxın keçmişə səyahət edək. Bir neçə il öncə hazırda bütün dünyada bestseller-ə çevrilmiş “İnferno“ (Cəhənnəm) və “Başlanğıc“ kitabları çap edildi. Dan Braun Tərəfindən qələmə alınmış bu iki möhtəşəm əsəri ehtimal edirəm ki, bir çoxunuz mütaliə etmisiniz. Yazıçı əslində illər öncə öz əsərində gələcəyi təsvir edib. Başlayaq elə “İnferno“ (Cəhənnəm) əsərindən :

Üst ağıla xidmət edən şəxslər dünya əhalisinin artan sayından olduqca narahatdır. Onlar özlərini gerçək işıqla aydınlanmış və bəşəriyyətin xilasedici qüvvəsi olaraq görürlər. Mahiyyət etibarı ilə adamlar müəyyən yerə qədər haqqlıdır da. Dünyada durmadan artan insan sayı tükənən təbii resursları israfçılıqla xərcləyirlər. İnsanların təbiətə qarşı bu saymazyana davranışları nəticəsində bütün eko sistem çox ciddi və bərpası hardasa mümkün olmayan zərbələr alıb. İndi dünyada şirin su mənbələri hər ötən gün tükənir, yaşıllıq artan sənaye tələbatı ucbatından məhv olur, bir çox heyvan və bitki növünün ya nəsli tükənib, ya da qırmızı kitaba düşərək, nəsli kəsilmək üzrədir. Bütün bunlardan əlavə olaraq da elm və texnologiyanın sürətli inkişafı nəticəsində havaya atılan zərərli maddələr, radiasiya artıb. Məişət və kanalizasiya tullantıları okeanlarda suyun çirklilik səviyyəsini artırmaqla qalmayıb, hətta artıq açıq dənizdə məişət tullantılarının əmələ gətirdiyi süni adalar da yaranıb. İnsanların sayının durmadan artması və texnologiyanın sürətli inkişafı elektrik enerjisindən istifadənin də həcminin artmasına öz tövhəsini verib ki, bu da planetimizdə kürəsəl istiləşməsinin yaranmasına və həmçinin yerin magnit qütblərinin öz yerini dəyişməsinə gətirib çıxarıb. İndi qütblərdə buzlaqlar əriyir, iqlim dəyişikliyi bütün fəsadları ilə özünü biruzə verir.

Yuxarıda qeyd edilənlər yəqin ki, sənin də baxış prizmanda müəyyən dəyişikliklər yaratdı. İndi bir daha diqqətini “İnferno“ (Cəhənnəm) əsərinə yönləndirməyini istəyirəm. Üst ağıla xidmət edən və özünü gerçək işıqla aydınlanmış sayan şəxslər xüsusi bir əməliyyat keçirərək Ümumdünya Səhiyyə Təşkilatının Sədrini oğurlayaraq, onu gözləri bağlı şəkildə bir gizli məkana gətirirlər. Söhbət zamanı bəlli olur ki, sən demə üst ağıl sahibləri planetin gələcəyi üçün olduqca narahatlıq keçirir. Artan insan sayının azaldılması istiqamətində gələcəyə hesablanmış plan cızıblar. ÜST-nın Sədrinə sual olunur ki, siz dünyada artan insan sayı ilə mübarizəni necə aparırsınız ? O isə cavabında Asiya və Afrikada prezervativlərin istifadəsini təbliğ və təşviq etdiklərini, bu kompaniya üçün milyon dollarlar xərclədiyini bildirir. Cavab çox gülünc olur. Çünki bu görülən tədbirlərin heç biri nəticə vermirdi. Asiya və Afrikada səfalət, qıtlıq hökmranlıq etməsinə baxmayaraq insan sayı artmaqda davam edir. Bax bizim mövzumuza bilavasitə bağlı olan məqama çatırıq. Adam ÜST-nın sədrinə belə deyir :

“Bu atdığınız addımlar, gördüyünüz tədbirlər gülüncdür. Siz prezervativ təbliğ və təşviqatının işə yaramadığını görə-görə hələ də bu yolda sabitqədəm davam edirsiniz. Biz isə konkret, real nəticələri olan plan hazırlamışıq. Bütün dünyada yayılacaq və təxminən dünya əhalisinin sayını ilkin mərhələdə yarıya endirə biləcək bir silah. Xeyr, bu sizin düşündüyünüz kimi atom və ya nüvə silahı deyil. Bu bir virusdur və ola biləcək bütün silahlardan daha güclüdür. Siz isə öz növbənizdə üzərinizə düşəni edib, pandemiya elan edəcəksiniz. Vəssalam. Biz ancaq dünyanı bu yolla xilas edə bilərik.“
Burda qısaca pauza edək. Haşiyə daxilində bir neçə məsələyə də işarə edək. Ümummiyyətlə müharibə nədir və onun baş verməsində məqsəd nədən ibarətdir ? Bu sualın iki cavabı var : “Qarşı tərəfin, yəni düşmənin canlı qüvvəsini məhv etmək və iqtisadi tənəzzülə uğratmaqla böhrana, iflasa uğratmaq.“ Planetimiz yeni tarixində 2 dəfə – I və II dünya müharibəsində bu acı nəticələri yaşayıb. İndi dünyada səncə də III cahan müharibəsi başlamayıb ? Elə məncə də III Dünya müharibəsi 2020-ci ildə başladı. Üst ağıl sahibləri bütün bəşəriyyətə dünyanı xilas etmək üçün müharibə elan etdi. Onlar bizim şüursuzca israf edib, tükəndirdiyimiz təbii resursları qorumağa başladı. Diqqət et ! Onlar Covid 19 virusu vasitəsi ilə potensial düşməni (insanları) məhv edir, dünya iqtisadiyyatını çökdürürlər.
Dünyada baş verənləri analiz etdikdə biz nə ilə qarşılaşırıq ? Həqiqətən də olduqca mükəmməl planlanmış bir strategiya ilə. Neftin dəyər itirir, ona görə ki maya dəyərindən aşağı istehsalçı zərər edir və o hasilatı dayandırmalı olacaq, əks halda iflas qaçınılmazdır. Virus sürətlə yayılır və əgər karantin elan edilməsə hər kəs bu bəlaya yoluxacaq. Beləliklə elan edilmiş karantin istehsalatı və istehlakı dayandırır, mikro və makro iqtisadiyyat durmadan tənəzzül edir. Karantində olan əhalinin gündəlik məişət ehtiyyacları dövlətlərin üzərinə yüklənir. Bir müddət belə davam etdikdən sonra dövlətlərin rezerv büdcələri xərclənir və yekunda dövlət çökür. Bütün bunlar özü-özlüyündə “xausdan-nizam yaratmaq“ teoreminin rəsmən tətbiqi sayıla bilər. Yeni dünya nizamı planı beləliklə nəticələnir. Sonda nə olur ? Vahid dünya dövləti, vahid xalq formalaşması planı reallaşır.

Yeni dünya və vahid dövlətin təməlləri isə “xausdan nizam yaratmaq“ yolu ilə köhnə dünyada atılmışdı. Maya dəyərin aşağı satılan təbii sərvətlərin hasilatı dayandırılmış və bu yolla yeni dünya üçün rezervlər mühafizə edilmişdi. Milli valyutalar beynəlxalq valyuta qarşısında devalivasiya edərək dəyər itirmiş və yeni dünyaya daha güclü və dayanıqlı valyuta inteqrasiya etmişdi. İmmun sistemi zəif olan insanlar ölmüş və yeni dünyaya daha sağlam insanlar qalmışdı və s.
Mən istəyirəm indi səninlə birgə lap əvvəldə bəhs etdiyim digər kitab “Başlanğıc“ haqqında danışaq. Bu kitabda müəllif tamam yeni bir baxışdan, fəlsəfədən bəhs edir ki, bu konkret bizim bəhs etdiyimiz mövzu ilə birbaşa bağlıdır. Dünyada mövcud olan bütün dinlər, inanclar, ənənəvi və milli dəyərlər bu kitabda inkar edilir. İndi diqqət et əzizim, bir ətrafında baş verənlərə bax. Covid 19 virusunun yayılması ilə nələr baş verdi ? Sinaqoqlar, kilsələr, məscidlər və s. kimi bütün dini ibadət yerləri inanclı insanların üzünə bağlandı. Beləliklə planın növbədi mərhələsi başlamadımı ? İnsanlar yardım istədikləri, köməklik umduqları tanrının bir virus qarşısında acizliyinə şahidlik etdilər (mən bu fikrə müxalifəm). İnsanlar müqəddəs hesab etdikləri məbədlərin dezinfeksiyaya ehtiyyac duyduğunu gördülər. Beləliklə də məxsusi ilə də yeni, gənc nəslin bütün dini düşüncələrini, fəlsəfəsini alt-üst etdilər. Bu travma mənə elə gəlir ki, heç bir zaman öz təsirini itirə bilməyəcək. Çünki gözlə görünməmişdən qabaq məhz elə bestseller olan “Başlanğıc“ və onun kimi yüzlərlə belə kitab vasitəsi ilə nəzəriyyə artıq illər öncədən formalaşdırılmışdı.
İndi planlanan yeni dünyanın sağ qalan beş yüz milyonluq sakinləri köhnə dünyada mənimsədikləri yeni keyfiyyətləri ilə öz həyatlarını davam etdirəcəklər. Mən bilmirəm mən və ya sən o yeni dünyanın sakini ola biləcəyik, ya yox, lakin ola biləcəklərin hər biri sanki robot kimi eyni inanca sahib olacaq (deist), vahid mədəniyyətin təəssübkeşi olacaq, eyni üslubda geyinib, eyni üslubda qidalanacaqlar.

Yuxarıda yazılanları oxuduqdan sonra ola bilər ki səndə suallar yaransın ki, axı bütün bunlar nə zaman planlandı və hadisələr necə oldu ki, indi bu yerə gəldi çıxdı ? Əzizim uzun illərdir mexanizm bir an belə fasilə vermədən işləyirdi. Bütün dünyada fast food-ları, suşini, coca-cola-nı və s. bu kimi bütün dünya tərəfindən istehlak edilən qidaları ağız dadları fərqli olmasına baxmayaraq dəb və yenilik adı altında hər kəsə qəbul etdirmədilərmi ? Demokratiya, azadlıq, hürriyyət deyə-deyə milli-mənəvi dəyərləri deqredasiya etmədilərmi ? Əxlaqsız heykəltəraşlıq nümunələrini və rəsm əsərlərini mədəniyyət adı altında dünyaya sırıyıb qərbə inteqrasiya prosesini başlamadılarmı? Təəssüf ki, bizlər indi də bu böyük şahmat taxtası üzərində sabit duran fiqur kimi bizimlə necə oyun oynanılacağını gözləyirik. Onlar hər şeyi əvvəlcədən bilirlər. Çünki onlar gələcəkdə nə baş verəcək deyə oturub gözləmirlər. Onlar gələcəyi dizayn edirlər. Bir neçə ay öncə “The Economist“ jurnalının 2020 qapaq rəsmində virusun yayılacağını və pandemiyaya çevriləcəyini yerləşdirənlər bundan əvvəllər də bir çox yerdə özlərinin planlarını qabaqcadan bizə xəbər vermişdi. Sadəcə olaraq biz onların bizə göstərdiyi ilə kifayətlənməyi seçmişik. Onların tabeliyində olan televiziya kanalları, kütləvi informasiya vasitələri bizə nəyi fısıldayırsa biz də ona əsaslanırıq. Məhdud informasiya ilə biz razılaşırıq, qane oluruq və beləliklə onlara da bizi idarə etmək üçün səlahiyyəti məhz elə özümüz vermiş oluruq.

Müəllif: Araştırmaçı-yazar Murad Ağamiyev