Marneuli və Bolnisidə 20 minə yaxın şəxs sürətli koronavirus testindən keçirilib

167

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneulidə 15 000, Bolnisidə isə 3400 nəfər şəxs sürtəli koronavirus testindən keçirilib.

 SosialMedia.azın yerli bürosunun xəbərinə görə, bu barədə Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, sürətli testlərə əsasən, bu vaxta qədər heç kimdə koronavirus aşkarlanmayıb, bu səbəbdən də həmin rayonlarda durumun daha da pisləşəcəyinə dair gözlənti yoxdur.