Ana Vətən Partiyasının sədrinin SƏRƏNCAMI

289

Korona virusun Dünya miqyasında geniş yayılması ölkəmizdə də öz mənfi nəticələrini göstərməkdədir. Vətəndaşlarımızın korona virusa yoluxmasının qarşısını almaq üçün Dövlət səviyyəsində ciddi tədbirlər həyata keçirilməkdədir.

SosialMedia.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri və millət vəkili Fəzail Ağamalı yaranmış pandemiya ilə əlaqədar Ana Vətən Partiyası rayon, şəhər təşkilatlarına və bütün partiya üzvlərinə tövsiyyə edir:

1. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ qərargahın qərar və tövsiyyələrinə qeyd-şərtsiz əməl etsinlər;
2. Yaşadıqları şəhər və rayon ərazisində əhali, o cümlədən Ana Vətən Partiyasının üzvləri arasında xüsusi karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı izahat işlərində fəal iştirak etsinlər.