BakuBus avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

214

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

BNA-dan SosialMedia.aza verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

“Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edirik. Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin”, – deyə BNA-dan bildirilib.