Koronavirusun daha bir əlaməti – AÇIQLANDI

299

SosialMedia.az bildirir ki, bu barədə ABŞ-ın informasiya agentlikləri məlumat yayıb.

Amerikalı həkimlər çinli həmkarlarının məlumatına istinad edirlər. Məlum olub ki, hər 30 pasiyentdən birində konyunktivit qeydə alınıb.

Ümumilikdə, Çində yoluxan mindən çox insanda gözün selikli qişasının iltihabı aşkar edilib. Məhz bu səbəbdən həmin işarə koronavirus infeksiyasının əsas əlamətlərindən biri adlandırılıb.

Öskürək, yaxud boğaz ağrısı ilə müqayisədə konyunktivitə tez-tez rast gəlinmir.