“BUTA” Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara və Yeniyetmələrə Dəstək İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu

471

“BUTA” Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara və Yeniyetmələrə Dəstək İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.

Bu barədə SosialMedia.az-a Birliyin sədri Günay Ağamalı məlumat verib. O,qeyd edir ki, İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kompaniyaya qoşularaq dəstək verməyi özümüzə borc bilirik.