“Evdə qal,Cəmiyyəti Qoru” Sumqayıt şəhərində monitorinq keçirdi- Araz Nuruzadə

734

Azərbaycan Respublikasında 23.03.2020-ci il tarixindən karantin elan olunub,mart ayının 29 dan isə Xüsusi karantin rejimi gücləndirilib. Bunun üçün hər bir vətəndaş öz üzərində məsluliyyət hiss etməli və göstərilən qaydalara əməl etməlidir.

28.03.2020-ci il tarixində yeni istifadəyə verilən klinikanın açılışında möhtərəm Prezident cənab İlham Əliyevin tibb işçiləri ilə olan görüşündə xalqa müraciəti həqiqətən Sumqayıt şəhərinin sakinlərinə ciddi təsir göstərmişdir.Ölkə Prezidenti qeyd edir ki, əsas məqsəd “bu xəstəliyin Azərbaycanda yayılmamasıdır”, buna nail olmaq üçün isə, “təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil”. “Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etmək hər bir vətəndaşın borcudur.Buna görə biz bu gün bir vətəndaş olaraq yaşadığımız Sumqayıt şəhərində kiçik bir monitorinq apardıq. Sumqayıt şəhərində ciddi işlər görülür və vətəndaşlar polislər tərəfindən maarifləndirilir. Hər bir sakin prezidentin cağrışına dəstək verərək öz üzərində məsuliyyəti dərk edir.

Bu gün Lüdviqshafen parkl,iaşə obyektləri və Heydər Park ərazisində kiçik monitorinq apardıq. Həmişə insanların gur olduğu parkda demək olar ki, heç kim yox idi.Parkın bütün giriş və çıxışları lentlə bağlanmışdır. Küçələrdə demək olar ki,insanlar yox idi. Bu bir vətəndaş olaraq məni çox sevindirdi ki,biz hər birimiz evdə qalaraq cəmiyyətimizi qoruyuruq.

Müəllif : Araz Nuruzadə “Əlilliyi Olan Şəxslərin SosialMüdafiəsinə Dəstək” (ƏSMİD) İctimai Birliyinin üzvü,SosialMedia.az saytının redaktoru