İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

208

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb.

SosialMedia.azın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ötən sutka ərzində virusa 2901 yeni yoluxma faktı aşkarlanıb. Ölkə üzrə virusa yoluxanların ümumi sayı 38309 nəfər təşkil edir.

O qeyd edib ki, ötən sutka ərzində virusdan 123 nəfər həyatını itirib. Ölkə üzrə koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatib.

K. Cahanpur virusa yoluxmuş şəxslərdən 3467 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

O vurğulayıb ki, indiyədək 12391 nəfər xəstəlikdən sağalıb.