Koronavirusun Çin ərazisində yayılmasının qarşısı alınıb

161

Koronavirus infeksiyasının Çin ərazisində yayılmasının qarşısı alınıb.

SosialMedia.azın məlumatına görə, bunu Çinin səhiyyə məsələləri ilə bağlı dövlət komitəsinin rəsmi nümayəndəsi Mi Fen bildirib. Onun sözlərinə görə, martın 28-nə olan məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 3 mindən azdır.

Qeyd edək ki, indiyədək Çində “COVID-19” virusuna 82 minə yaxın yoluxma halı qeydə alınıb . 75576 nəfərin sağaldığı, 3300 nəfərin isə öldüyü bildirilib.