“Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” Ictimai Birliyi Koranavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürülməsi təşəbbüsünə qoşulub

290

Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası Ictimai Birliyi, Koronavirusla Mübarizə Dəstək fonduna maddi yardım edərək dəstək oldu. Bu barədə SosialMedia.az-a “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” Ictimai Birliyinin sədri, parataekvondo üzrə dünya və Avropa çempionu Aynur Məmmədova məlumat verib.

O, qeyd edib ki, Prezidentimizə və ölkəmizə dəstək olmaq hər birimizin borcudur və hər bir imkanı olan şəxsləri fonda dəstək olmağa çağırıram Aynur Məmmədova vətəndaş olaraq bütün insalara, yer kürəsini bürümüş pandemiyanın ciddi olmasını nəzərə almalarını və bütün təhlükəsizlik qaydalarına riayət etmələrinə çağırır. #Evdə qalaq özümüzü və xalqımızın üzərindən bu bəlanın tez keçməsinə, nail olaq. Biz cəmiyyət olaraq birlikdə qalib gələcəyik #koronovirusa.