Bakı polisi Sumqayıt sakinindən narkotik götürüb

134

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

SosialMedia.azın məlumatına görə, Nərimanov rayon Polis İdarəsinin Post Patrul bölüyünün əməkdaşları ərazidə xidmət apararkən bir nəfərin özünü şübhəli apardığını müşahidə ediblər.  

Polis əməkdaşları Sumqayıt sakini, 1970-ci il təvəllüdlü F. Xəlilovun üzərində axtarış aparılıblar. Bu zaman ondan 0,062 qram heroin, 3, 009 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.