Bakıda üç qardaş tutuldu – SƏBƏB

156

Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi və Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıb.

SosialMedia.az-a  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbuku oğurlamaları da müəyyən edilib.