Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 102 il ötür-Əkrəm Bəydəmirli

263

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi bir neçə il öncə “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filmini çəkmişik.
Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər və unudulmayan tarix ” layihəsi çərçivəsində çəkilib.

Filmin ssenari müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlidir.

1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatı 10 ilə yaxın müddətdə aparılıb.. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Bu il nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişi həyata keçirildi. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub.İndi həmin canlı şahidlər dünyalarını dəyişiblər.

Bu filmdə həmçinin bir sıra bölgələrimizdə Azərbaycanın maddi və mədəniyyət resurslarına qarşı törədilən vəhşiliklər haqqında məlumatlar toplanıb.