Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyindən SosialMedia.az–a verilən məlumata görə, bu tədbirlər çərçivəsində FHN, bir daha, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir.