“Mina Qurbanları” Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

302

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Bu barədə SosialMedia.az-a Birliyin sədri,Qarabağ qazisi Məmmədhəsən Həsənov məlumat verib. O,bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Şurasının ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başlatdığı “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulur və bu istiqamətdə ictimai monitorinq və məlumatlandırma tədbirləri aparırıq.