Qeyri-hökumət təşkilatları (QHT) üçün yeni tələb müəyyənləşir.
SosialMedia.az–ın məlumatına görə, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, QHT-lərin Nizamnaməsində gənclər təşkilatlarının üzvlərinin yaşına dair tələblər də əksini tapmalıdır.
Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.