“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

310

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

birlik.az saytına bu haqda birliyin sədri, Qarabağ qazisi ilk snayper xanım Novrəstə Yusifova məlumat verib. O,bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Şurasının ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başlatdığı “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulur və bu istiqamətdə ictimai monitorinq və məlumatlandırma tədbirləri aparırıq.