Ermənistanda koronavirusa yoluxanların sayı 770 nəfərə çatıb

111

Ermənistanda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 770 nəfərə çatıb.

SosialMedia.azın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, sutka ərzində ölkədə daha 34 nəfər koronavirusa yoluxub.

Qeyd olunub ki, xəstəlikdən sağalanların sayı 31 nəfərdir, 7 nəfər isə koronavirusdan ölüb.