Fransada kişi yoldan keçənlərə hücum edərək 2 nəfəri öldürüb

146

Fransanın Drom departamentinin Roman-syur-İzer kommunasında bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib.

SosialMedia.az-ın  “RİA Novsti”yə istinadən verdiyi xəbərə görə, nəticədə iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Hadisə şəhərin mərkəzində baş verib. Hadisəni törədən şəxs həbs edilib. Onun bu addımı atmasının səbəbləri məlum deyil.