Türkiyə Müdafiə Nazirliyi: Suriyanın şimalında 24 terrorçu məhv edilib

130

Suriyanın şimalında, “Barış bulağı” ərazisində 24 terrorçu məhv edilib.

SosialMedia.azın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, PKK/YPG terror təşkilatının “Barış bulağı” ərazisində təhlükəsizlik və sabitlik şəraitini pozma cəhdlərinin qarşısı uğurlu əməliyyat nəticəsində alınıb.