QHT növbəti sosial roliki yest dilinə tərcümə etdi

264

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jest dilində məlumatlandırma ” layihəsi çərçivəsində hazırlanan məlumatlandırma roliki tərcümə edilərək cəmiyyətdə olan eşitmə məhdudiyyətli şəxslə təqdim olundu. Bu cür roliklərin sayı daha da artırılacaq. Məqsəd eşitmə məhdudiyyəti olan şəxsləri informasiya ilə təmin etməkdir.

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Jest dilində məlumatlandırma” layihəsi çərçivəsində eşitmə məhdudiyyətli şəxsləri Koronavirus ( COVİD-19) pandemiyası nəticəsində ölkədə yaranmış karantin dövründə sosial roliklərin tərcüməsini həyata keçirir.

İctimai Birliyiin sədri Cəmilə Çingizqızı SosialMedia.az-a məlumat verib ki, sözügedən layihə çərçivəsində növbəti “Ən sadə təmizlik qaydalarına riayət etməyi tövsiyyə edirik” sosial roliki jest dilində tərcümə olunub.