“Süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub” – TƏBİB

216

“Ölkə daxilində yoluxma halları əksər hallarda erkən aşkarlanıb”.

SosialMedia.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O bildirib ki, bununla da süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub: “Bizim üçün ən önəmlisi budur. Erkən diaqnoz çox önəmlidir. Vətəndaşlarımıza bununla bağlı xüsusi müraciət edirik ki, özlərində simptomları hiss edərkən təcilli tibbi yardıma müraciət etsinlər”.