Ağstafa Regional Mədəniyyət İdarəsi videokonfrans təşkil etdi

803

Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov regional idarəni əhatə edən Tovuz, Qazax və Ağstafa rayonlarının mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə növbəti dəfə videokonfrans keçirib. Konfransın əsas mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin birinci rübünün yekunlarına dair keçirdiyi videokonfransdakı məsələlərə həsr olunub.

Bu barədə SosialMedia.az-a Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən bildirilib. Bundan başqa ölkə prezidentinin apardığı siyasəti prinsipiallıqla dəstəkləyən mədəniyyət işçiləri təşəkkür edərək qeyd etdilər ki, koronavirusla mübarizədə cənab Prezidentin çox ciddi qərarlara və eyni zamanda verdiyi operativ tapşırıqlara əsasən görülən işlər bütün hallarda xalqın həmrəyliyini, Azərbaycanın nümunəvi bir ölkə olduğunu dünya ictimaiyyətinin gündəminə gətirdi.

Eyni zamanda karantin müddətində mədəniyyət sahəsində görülən işlərlə bağlı məlumat verən Vüqar Qədirov Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin mütəmadi olaraq videokonfranslar zamanı verilən tapşırıqlarının yerlərdə icrası ilə əlaqədar məsələlərdən danışdı. Videokonfransda həmçinin sosial izolyasiya qaydalarının tətbiq olunduğu karantin müddətində musiqi məktəblərində distant dərslərin keyfiyyətinin artırılmasından, virtual konsertlərin təşkil olunmasından,məktəblərarası, kitabxanalararası virtual müsabiqələrin və elektron kitabxanaların təşkil olunmasının zəruriliyindən, günün tələbinə uyğun olaraq muzeylərə virtual ekskursiyaların təşkil edilməsi məsələlərindən, müəssisələrin dezinfeksiya olunmasından, 65 yaşdan yuxarı , eyni zamanda maddi cəhətdən sıxıntı çəkən mədəniyyət sahəsində çalışan əməkdaşlara göstərilən yardımların mütəmati xarakter almasının zəruriliyindən geniş bəhs edilib.