E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır

243

Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını təqdim edən alexa.com saytının (ABŞ, San-Fransisko) məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı 6-cı yerdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SosialMedia.aza verilən məlumata görə, portal ölkəmizdə ən çox müraciət olunan google.com,  youtube.com, google.az, wikipedia.org və mail.ru kimi populyar saytlardan sonra ziyarətçi və baxış sayına görə 6-cı yeri tutub.

E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.

Qeyd edək ki, alexa.com-un təqdim etdiyi siyahıdakı ilk onluqda sonrakı yerləri my.gov.az, e-gov.az, facebook.com və oxu.az saytları tutur.